“Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” konfransı başa çatdı May 17, 2017 | 06:00 / Konfranslar, iclaslar

Konfransda proqram mühəndisliyinin müxtəlif problemləri ilə bağlı 72 məruzə dinlənildi.

“Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” mövzusunda I respublika konfransı öz işini uğurla başa çatdırdı.

Tədbirin bağlanış mərasimində seksiya iclaslarının sədrləri çıxış edərək konfransın geniş fikir, bilik və təcrübə mübadiləsinin aparılması, ölkədə proqram mühəndisliyi sahəsində mövcud problemlərin həlli və yüksəkixtisaslı kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər.

Sonra çıxış edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seksiya iclaslarında təqdim olunmuş məruzələri yüksək qiymətləndirərək proqram mühəndisliyi sahəsində elmi tədqiqatların dərinləşdirilməsinin zəruriliyini vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı