Proqram mühəndisliyinin elmi-nəzəri problemləri müzakirə edilir May 17, 2017 | 04:39 / Konfranslar, iclaslar

“Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika konfransı öz işini “Proqram mühəndisliyinin elmi-nəzəri problemləri”, “Proqram mühəndisliyinin tədrisi problemləri” və “Proqram mühəndisliyinin tətbiqi problemləri” mövzusunda təşkil olunmuş seksiya iclasları ilə davam etdirir.

İclaslarda proqram mühəndisliyində süni intellekt problemləri, bulud infrastrukturunda anomaliyaların real zamanda aşkarlanması metodu, informasiya təhlükəsizliyi üçün açıq kodlu alətlər, kompüter piratçılığı ilə hüquqi mübarizə problemləri, vətəndaş elmində istifadə olunan açıq kodlu proqram vasitələrinin təhlili, Grid texnologiyalarında istifadə olunan proqram vasitələrinin təhlili, elektron sənəd dövriyyəsi sisteminin yaradılması məsələləri, poqramlaşdırma dillərinin müqayisəli təhlili və inkişaf tendensiyaları, elektron idarəetmədə açıq mənbəli proqram təminatının istifadəsi imkanları, 3D qrafik redaktorların müqayisəli təhlili, proqram kodunun yazılması zamanı yaranan səhvlərin təhlili, uşaqların İnternet asılılığını müəyyən edən proqram vasitələri və digər mövzularda məruzələr təqdim olunacaq.

Tədbirdə, həmçinin həmvətənimiz, Almaniyanın “CGS-ORİS”  şirkətində proqram mühəndisi vəzifəsində çalışan Təbriz Ətayinin videokonfrans sistemi vasitəsilə veb-texnologiyalar haqqında məruzəsi dinləniləcək.  

Seksiya iclaslarında ümumilikdə Azərbaycanın müxtəlif elm, təhsil və digər təşkilatlarından 80-dən çox məruzənin dinlənilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı