AMEA İnformasiya Texnologiyaları İnstitutunda illik hesabat iclasları başlandı Noyabr 22, 2016 | 12:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda struktur bölmələrin illik hesabatlarına həsr olunmuş iclaslara start verildi. İclaslarda hər bir şöbə cari ildə elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət və s. bağlı həyata keçirdiyi tədbirlər haqqında məlumat verəcək.  

Hesabat iclaslarını açıq elan edən AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev tədbirin əhəmiyyətindən söz açdı. Bildirdi ki, əsas məqsəd şöbələrin illik fəaliyyətini qiymətləndirmək, o cümlədən qarşıda duran vəzifə və prioritetləri müəyyənləşdirməkdir. 

Alim şöbələrin işinin daha səmərəli təşkili, elmi fəaliyyətin gücləndirilməsi və görülən işlərin keyfiyyətinin artırılması baxımından bu iclasların keçirilməsinin xüsusi önəmini qeyd etdi. Mühüm elmi problemlərin araşdırılması və innovativ nəticələrin əldə edilməsi, mütəmadi olaraq aktual məsələlərə həsr olunmuş şöbədaxili seminarların keçirilməsinin vacibliyini vurğuladı.

Tədbirdə, həmçinin Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyasında mühüm əhəmiyyət kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı