Məkrufə Şərif qızı Hacırəhimova 1956-cı ildə anadan olmuşdur. 

1978-ci ildə Bakı Maliyyə-Kredit texnikumunu bitirmiş və həmin ildə Azərbaycan Respublikası Elmlər Akademiyası Kibernetika İnstitutunun nəzdindəki Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsində texnik vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 

1979-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun “İstehsal proseslərinin avtomatlaşdırılması” fakültəsinə daxil olmuş və 1985-ci ildə həmin fakültəni bitirmişdir. Həmin ildən etibarən o, mühəndis-proqramçı kimi fəaliyyətini davam etdirmişdir. Bu dövrdə bir çox layihələrin proqram təminatının işlənməsində fəal iştirak etmiş, 1993-cü ildən etibarən böyük və aparıcı mühəndis, 2002-ci ildən 2011-ci ilə qədər sektor müdiri vəzifələrində çalışmışdır. 2011-ci ildən layihə baş mühəndisi, 2018-ci ildən şöbənin baş mühəndisi, 2021-ci ildən isə şöbə müdiri vəzifəsində işləyir. İnstitutun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir. 

AMEA-nın www.science.az portalının yaradılmasında iştirak etmişdir. “Elektron sənədlər dövriyyəsi”, “Elektron arxiv”, “Tapşırıqların icrasına nəzarət sistemi” layihələrinin proqram təminatının müəllifidir. 
“İntellektual korporativ şəbəkə (KŞ) və sistemlərin yaradılması” istiqamətində “Elektron-dövlət çərçivəsində elektron sənədlərin intellektual emalı və dövriyyəsi sisteminin işlənilməsi” mövzusu üzərində elmi araşdırmalar aparmış və 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə “Elektron dövlət mühitində mətn sənədlərin intellektual idarə edilməsi üçün model və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülmüşdür.

2017-ci ildə institutun Fəxri Fərmanı ilə təltif olunub.

120-dən çox elmi əsərin müəllifidir. Əsərlərinin çoxu xaricdə (ABŞ, Niderland, Rusiya, Hon-Kong, Polşa, Ukrayna və s. ölkələrdə), bunlardan bəziləri isə yüksək impakt faktorlu jurnallarda, SCOPUS, DBLP, EBSCO və s. kimi beynəlxalq bazalarda indeksləşən jurnallarda nəşr olunmuşdur.

“Elektron-Azərbaycan” dövlət proqramı tərkibində “E-elm” proqram layihəsinin işlənməsində fəal iştirak etmişdir.

Hazırda “Big data” problemlərinin tədqiqi və analizi, milli intellektual potensialın qiymətləndirilməsi istiqamətində elmi araşdırmalar aparır.

  Əsas elmi nəticələri:

  1.  E-dövlət çərçivəsində elektron sənədlərin emalı və dövriyyəsi sisteminin arxitektur prinsipləri, sistemin intellektuallaşdırılması üçün konseptual model və təkmilləşdirilmiş elektron imza əsaslanan e-sənədlərə etimad modeli təklif olunmuşdur.
  2. Mətn tipli sənədlərin məzmuna görə avtomatik təsnifatı və referatlaşdırılması üçün riyazi proqramlaşdırma məsələləri kimi formalizə olunan modellər təklif olunmuşdur.
  3. Optimallaşma məsələlərinin həlli üçün diferensial təkamül və “sürü” intellektinə əsaslanan optimallaşma alqoritmlərinin modifikasiya olunmuş binar variantları işlənmişdir.
  4. Böyük həcmli verilənlər toplusundan biliklərin əldə olunması problemi istiqamətində “Big data” texnologioyaları tədqiq olunmuşdur.
  5. İnkişaf etmiş ölkələrin Big Data strategiyaları, Big Data-nın indikatorları və Big Data-nın ölçülməsi metodologiyaları tədqiq olunmuşdur.
  6. Böyük həcmli verilənlərin inteqrasıyası üçün konseptual model təklif edilmişdir.
  7. Kompüter şəbəkə trafikində DoS hücumların aşkarlanması üçün klassifikasiya ansamblına əsaslanan modellər işlənmişdir.
  8. Sosial şəbəkə məlumatlarının sentiment analizi üçün maşın təlimi və CNN, LSTM süni neyron şəbəkələr əsasında dərin təlim modeli işlənmişdir.
  9. Maşın təlimi əsasında neft-mədən verilənlərin analizi üçün modellər işlənmişdir.
  10. Dərin təlimin elmi-nəzəri problemlərinin tədqiq olunmuşdur.
  11. E-reyestrlərdə toplanmış demoqrafik verilənlərin intellektual analizi üçün alqoritm işlənmişdir.

 

 Elmi əsərləri haqqında məlumat.

 

Xidməti tel.: (+994 12) 539 85 48
Mobil tel.: (+994 50) 434 19 17
Elektron poçtu: depart_13@iit.science.az, makrufa@iit.science.azhmakrufa@gmail.com 
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı