Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı keçiriləcək

05 Avqust 2026 - 13:28 | Elanlar
Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı keçiriləcək

Naxçıvan Dövlət Universitetində (NDU) 15–16 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və NDU-nun təşkilatçılığı ilə Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO 29) keçiriləcək.

Konfransın əsas məqsədi gənc alim və tədqiqatçılara öz elmi tədqiqatlarının nəticələrini təqdim etmək, müxtəlif sahələr üzrə aktual problemləri müzakirə etmək, elmi əməkdaşlıq əlaqələri qurmaq və innovativ ideyalar üçün platforma yaratmaqdır.

Respublika konfransında iştirak həm əyani, həm də distant formatda nəzərdə tutulur. Hər bir elm və təhsil müəssisəsi üzrə iştirakçıların 30 faizinin distant (onlayn videokonfrans vasitəsilə) formatda iştirakı mümkündür.

Qeyd edək ki, sənəd qəbulu 1 oktyabr 2026-cı il tarixinədək davam edəcək.