“Acer” şirkətinin kompakt mediamərkəzinin aprel ayında Rusiya bazarında satışa çıxarılacağı açıqlanıb.
3dnews.ru saytının məlumatına görə, universal mərkəz Revo One əyləncə üçün düşünülüb. Qurğu son nəsil Intel Core prosessoru ilə təchiz edilib. Yığcam korpusda sərt disklərin quraşdırılması üçün üç bölmə (məlumatların saxlanılmasının alt sisteminin ümumi tutumu 6 Terabayta çata bilər) nəzərdə tutulub.
Mediamərkəz 4K Ultra HD-yə (3840 × 2160 piksel) imkan verən iki monitorun qoşulmasını dəstəkləyir. Keyfiyyətli səsi isə 7.1 format audiosistemi təmin edir. Naqilsiz əlaqə adapteri Wi-Fi 802.11ac, korpusun yuxarı hissəsində SD kart üçün slot, həmçinin iki USB 2.0 portu və iki USB 3.0 konnektoruna malikdir.
Revo One istifadəçilərə məkandan asılı olmayaraq, istənilən cihazda öz fayllarına giriş əldə etmək imkanı verən BYOC (Build Your Own Cloud) şəxsi bulud platformasını dəstəkləyir. IOS və Android bazasında çalışan qurğularda mövcud olan Acer Smart Control xüsusi proqramı sayəsində Revo One kompüterini distant formada idarə etmək mümkün olacaq.
Xatırladaq ki, yeni məhsul yanvar ayında keçirilmiş CES 2015 istehlak elektronikası sərgisində nümayiş etdirilib.
Yeni qurğu təxminən 30 000 rubl dəyərində olacaq.