29-30 yanvar 2015-ci il tarixlərdə Roma şəhərində (İtaliya) “Horizon 2020 üçün Elmi-tədqiqat İnfrastrukturları Konsorsiumu”nun (RICH) ilk təqdimat xarakterli tədbiri keçirilib.
Tədbirdə AMEA İTİ ilə Avropa Elmi-tədqiqatların Təbliği Agentliyi (Agency for the Promotion of European Research - APRE) arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, AMEA İTİ “Horizon 2020” proqramı çərçivəsində “RICH” layihəsi üzrə əməkdaşlıq edəcək.
“RICH” layihəsi çərçivəsində elmi-tədqiqat infrastruktlarının yaradılması və inkişafı üzrə fəaliyyət göstərən alimlərin əlaqələndirilməsi nəzərdə tutulur.
“Horizon 2020” proqramı çərçivəsində ayrılan qrantlarla dünyanın bütün ölkələrindən alimlər birgə layihələr həyata keçirir. Bu layihələrə müraciət, əməkdaşlıq əlaqələrinin qurulması, partnyorların tapılması və s. kimi məsələlərdə alimlərə dəstək verməsi üçün əksər ölkələrdə milli əlaqələndirici strukturlar yaradılmışdır.
Azərbaycanda “Horizon 2020” üzrə koordinasiya işini AMEA Beynəlxalq Əlaqələr İdarəsi həyata keçirir.
Qeyd edək ki, tədqiqat infrastrukturları üzrə milli əlaqələndirici şəxs kimi iclasda AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev iştirak etmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.