İnformasiya texnologiyaları üzrə ən müasir terminlərin toplanması və sistemləşdirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçiriləcək

28 Yanvar 2015 - 11:56 | Konfranslar, İclaslar
İnformasiya texnologiyaları üzrə ən müasir terminlərin toplanması və sistemləşdirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçiriləcək

Bu barədə şöbə müdiri Səyyar Abdullayev 5 saylı şöbədə cari ildə görüləcək işlərlə bağlı çıxışı zamanı məlumat verib. 

Şöbənin fəaliyyət planını təqdim edən S.Abdullayev informasiya texnologiyaları üzrə terminoqrafiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yerinə yetiriləcək işlərdən danışıb. İnformasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə toplanmış ən müasir terminlərin seçilməsi, tərcümə edilməsi, təsnifi və sistemləşdirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Məruzəçi şöbənin elmi-innovasiya və praktiki fəaliyyəti, respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirak, tanınmış elmi jurnallarda məqalələrin dərci, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işlərinin həyata keçirilməsi ilə bağlı cari ildə görüləcək işləri diqqətə çatdırıb. 

Qeyd edib ki, şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, o cümlədən kadr potensialnın gücləndirilməsi də 2015-ci ildə qarşıya qoyulan əsas hədəflərdəndir. 

Sonda fəaliyyət planı müzakirə olunaraq təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.