İnstitutun əməkdaşı Baku TV-nin “Aktual gündəm” verilişinin qonağı olub – VİDEO

20 Fevral 2026 - 09:02 | Müsahibələr, çıxışlar
İnstitutun əməkdaşı  Baku TV-nin “Aktual gündəm” verilişinin qonağı olub

ETN İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisisi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova Baku TV-nin “Aktual gündəm” verilişinin qonağı olub.

Verilişdə Vikipediya virtual ensiklopediyasında dezinformasiya ilə mübarizə, informasiya təhlükəsizliyinin təmin olunması, eləcə də vikipediya könüllülərinin fəaliyyətinin stimullaşdırılması məqsədilə onların mükafatlandırılması mexanizmləri və s. ətrafında geniş müzakirələr aparılıb.

İradə Ələkbərova çıxışında Vikipediyanın hər bir cəmiyyətin intellektual və mədəni səviyyəsini əks etdirən mühüm platforma olduğunu vurğulayıb. O, müasir dövrdə bu resursun təkcə məlumat mənbəyi deyil, eyni zamanda informasiya müharibəsinin əsas alətlərindən birinə çevrildiyini qeyd edib.