AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri şəbəkə təhlükəsizliyinin intellektual monitorinqi ilə bağlı müsahibə verib – VİDEO

30 Yanvar 2026 - 10:55 | Müsahibələr, çıxışlar
AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri şəbəkə təhlükəsizliyinin intellektual monitorinqi ilə bağlı müsahibə verib

ETN İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev Real TV-nin qonağı olub.

“Şəbəkə təhlükəsizliyinin intellektual monitorinqi” mövzusunda çıxış edən B.Nəbiyev qeyd edib ki, rəqəmsal transformasiyanın sürətləndiyi müasir dövrdə şəbəkə təhlükəsizliyinin intellektual monitorinqi təkcə texnoloji ehtiyac kimi deyil, eyni zamanda rəqəmsal məkanda hüquqi və mənəvi təhlükəsizliyin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır.

Valideynlərin rəqəmsal savadlılıq səviyyəsinin artırılmasının vacibliyinə diqqət çəkən Babək Nəbiyev bildirib ki, rəqəmsal savadlı valideynlər övladlarını virtual mühitdə mövcud olan risklərdən qorumaq üçün zəruri bilik və bacarıqlara malik olurlar. O vurğulayıb ki, bu istiqamətdə cəmiyyətin kibertəhlükələrə qarşı məlumatlandırılması məqsədilə sosial media platformaları və televiziya kanalları vasitəsilə davamlı maarifləndirmə işləri aparılmalıdır.

Babək Nəbiyev intellektual monitorinq sistemlərinin funksional imkanları və ölkəmizdə bu sahədə həyata keçirilən institusional tədbirlər barədə də ətraflı məlumat verib.