Süni intellekt sahəsində elmi nailiyyətlərinə görə institut alimləri Stenford Universitetinin 2% reytinq siyahısında

03 Oktyabr 2025 - 16:23 | Mühüm hadisələr
Süni intellekt sahəsində elmi nailiyyətlərinə görə institut alimləri Stenford Universitetinin 2% reytinq siyahısında

2025-ci ilin sentyabr ayında ABŞ-ın Stenford Universiteti növbəti dəfə dünyanın ən yaxşı 2% alimlərinin reytinq siyahısını dərc edib. Cari ildə bu siyahıya İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və institutun baş elmi işçisi, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın adları daxil olub.

Elmin müxtəlif istiqamətləri üzrə dünyanın ən nüfuzlu alimlərinin reytinq siyahısı 2019-cu ildən başlayaraq hər il “Elsevier” şirkətinin “Scopus” bazasının bir il əvvəlki məlumatları əsasında  hazırlanır. Bu reytinq siyahısı məqalələrin və istinadların sayı, alimlərin Hirş indeksi və s. kimi bir çox elmmetrik göstəriciləri özündə birləşdirən kompozit indikator əsasında hazırlanır. Bu kompozit indikatora görə hər bir elm sahəsi üzrə alimlərin reytinq siyahısı tərtib edilir, sonra bu siyahının ilk 2%-nə daxil olan alimlər seçilirlər.

Xatırladaq ki, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev 2020-ci ildən başlayarq artıq 6-cı ildir süni intellekt sahəsində dünyanın ən yaxşı 2% alimlərinin reytinq siyahısında yer alır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.