Yahoo “Apple Watch”a rəqib hazırlamağı planlaşdırır

30 Dekabr 2014 - 09:00 | Maraqlı məlumatlar
Yahoo “Apple Watch”a rəqib hazırlamağı planlaşdırır, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

“Yahoo”nun növbəti ildə daşınan və digər mobil qurğuları bazara çıxaracağı istisna olunmur" – “Yahoo”nun mobil bölməsinin birinci vitse-prezidenti Adam Kaqan bildirib.

Onun sözlərinə görə, “Apple Watch” kimi daşınan qurğular, şirkətə növbəti ildə böyük imkanlar gətirəcək. Bundan başqa, şirkət adi məişət cihazlarının mobil qurğulardan idarəolunması üçün şəbəkəyə qoşulduğu “Əşyaların İnterneti” sahəsində irəliləyiş əldə etmək niyyətindədir.

hitech.newsru.com saytının məlumatına görə, hazırda ABŞ-ın texnologiya şirkəti “Yahoo” “Apple Watch” üçün öz xəbərlər aqreqatoru olan News Digest versiyasının hazırlanmasında fəal iştirak edir.

Xatırladaq ki, “Apple Watch”un 2015-ci ilin əvvəllərində kütləvi satışa çıxarılması nəzərdə tutulub. Eyni zamanda gələn ilin payızında digər rəqiblər – “Microsoft” “ağıllı” saat, “Sony” isə “SmartWatch 3”ü satışa çıxaracaq. “Sony”dən bildiriblər ki, şirkət mütəxəssisləri hazırda biləkdə daşınan elektron kağızdan qadjet  üzərində işləyirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.