AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) Bakı Biznes Universitetinin “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil alan III kurs tələbələri imtahan veriblər.
İmtahanda institutun aparıcı mütəxəssisləri tərəfindən yaradılmış sertifikatlaşdırma komissiyası tərəfindən tələbələrin “Kompüter qrafikası” üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi həyata keçirilib.
Tələbələrin bilik və bacarıqlarını qiymətləndirən komissiyanın sədri TİM-in rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova, komissiya üzvləri şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova, baş mütəxəssis Rəna Gözəlova, fənn müəllimləri isə şöbə müdiri Anar Səmidovdur.
Xatırladaq ki, İnformasiya Texnologiyaları İnstitutu və Bakı Biznes Universiteti arasında bağlanmış müqaviləyə əsasən təşkil olunan kurslarda “Kompüter qrafikası” fənni çərçivəsində tələbələr tədris prosesində “PhotoShop” və “Corel Draw” proqramlarından istifadə etməklə kompüterdə rəqəmsal təsvirlər yaratmağı və redaktə etməyi öyrəniblər. Onlar rastr və vektor təsvirlərin yaradılması və redaktəsi, çap məhsulları (bukletlərin, vizit kartların hazırlanması və s.) üçün dizayn layihələrin hazırlanması və s. kimi kompetensiyalara yiyələniblər.
Növbəti imtahan yanvarın 16-da keçiriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.