Böyük Britaniyanın informasiya təhlükəsizliyi şirkəti “MWR InfoSecurity”nin mütəxəssisləri tərəfindən aparılmış sorğu göstərib ki, Rusiya hakerləri ən ixtisaslaşmış hakerlərdir. SecurityLab portalının dərc etdiyi sorğunun nəticələrinə əsasən, iştirakçı şəxslərin 34%-i ən böyük təhlükənin əsasən Rusiya hakerlərindən gəldiyini hesab edirlər. İkinci yeri 18% səs çoxluğu ilə Çin hakerləri tutur.
Qiymətləndirmənin səbəblərinə gəlincə, rəyi soruşulanların 73%-dən 11%-i bunun yaxşı maliyələşmə hesabına mümkün olduğunu düşünsə də, 14%-i təhsilin keyfiyyətindən asılı olduğu bildirib. Qalan 17%-i əsas səbəb kimi siyasi motivasiyanı göstərib. 31% iştirakçı isə bunun hər üç amildən asılı olduğu qənaətindədir.
Bununla belə, Böyük Britaniya hakerləri sorğuda İT-mütəxəssislərin yalnız 10% səsini qazanıblar.
"Sorğunun nəticələri Rusiya və Çin hakerlərinin yaxşı maliyələşmiş və yüksək təhsil almış peşəkarlar olduğu haqqında qəbul olunmuş fikirləri aydın əks etdirir. Əldə olunmuş nəticələr göstərir ki, britaniyalı mütəxəssislər təhlükəsizlik məsələlərinin bu gün olduqca mühüm sosial və siyasi məna kəsb etdiyini dərk etməlidir. Kibertəhlükələrə qarşı mübarizə aparmağa qadir olan mütəxəssis hazırlığı olduqca vacibdir", - deyə MWR InfoSecurity-nin texniki direktoru Martin Raks qeyd edib.
Şirkətin ötən ay apardığı sorğuya əsasən, İT-ekspertlərin 75%-nin fikrincə, Britaniya mütəxəssislərinin zəif ixtisaslaşması ölkənin kibertəhlükəsizliyi üçün ciddi təhdidlər yaradır.
Qeyd edək ki, bu və ya digər şəbəkələrin “sındırılması” və ya təhlükəli virusların yayılmasında Rusiya hakerləri tez-tez şübhəli bilinirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.