OLAP texnologiyasının e-demoqrafiya mühitində tətbiqinə dair tədqiqatların nəticəsi nüfuzlu jurnalda çap olunub

13 Noyabr 2021 - 10:31 | Yeni nəşrlər
OLAP texnologiyasının e-demoqrafiya mühitində tətbiqinə dair tədqiqatların nəticəsi nüfuzlu jurnalda çap olunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyovanın “OLAP texnologiyasının elektron demoqrafiya mühitində tətbiqi” adlı məqaləsi nüfuzlu «Информационные технологии» jurnalında çap olunub. 

Tədqiqatda demoqrafik tədqiqatların aparılması üçün verilənlər anbarı və OLAP texnologiyalarından istifadə etməklə demoqrafiya sahəsində qərarların qəbulunu dəstəkləyən elektron sistemin yaradılmasına dair yeni yanaşma təklif olunub.

Qeyd olunub ki, demoqrafiya bir çox sahələri əhatə edir və onların hər biri çox miqdarda göstəricilərə malikdir. Bu səbəbdən verilənlər anbarının arxitekturası qismində bir-biri ilə əlaqəli verilənlər vitrinlərin çoxluğundan istifadə və sözlərlə hesablama texnikasına əsaslanan qeyri-səlis çoxluqlar nəzəriyyəsi təklif olunub. Məqalədə bir-birinə bağlı verilənlər vitrinlərinin praktik tətbiqi də göstərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.