AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2021/2022-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq keçirildi. İmtahanda “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə 2, “İnformasiyanın mühafizə üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisası üzrə 1 və “Kompüter elmləri” ixtisası üzrə 1 iddiaçı iştirak edirdi.
Qeyd edək ki, AMEA-nın prezidentinin 12 mart 2021-ci il tarixli 34 saylı “AMEA-da doktoranturaya və dissertanturaya qəbulun keçirilməsi haqqında” sərəncamına əsasən institutda doktoranturaya qəbul imtahanının keçirilməsi üçün komissiyalar yaradılmışdır.
Komissiyanın sədri AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, üzvləri – şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov və mühəndis-proqramlaşdırıcılar Həcər Əliyeva və Nuranə Əlizadədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.