Dünyanın ən güclü planşeti

24 Oktyabr 2014 - 10:51 | Texnoloji yeniliklər
Dünyanın ən güclü planşeti

Yeni nəsil “Apple iPad Air 2” planşet kompüteri 1500 MHs takt tezlikli, üçnüvəli “A8X” prosessoru ilə təchiz edilib. Xatırladaq ki, qabaqcıl “iPhone 6” və “iPhone 6 Plus” smartfonlarına quraşdırılmış “Apple A8” prosessoru iki hesablama nüvəsinə malikdir və 1400 MHs takt tezliyində işləyir.

“Apple” istehsalı olan ən yeni planşet və smartfon modellərinin sınağı zamanı, həmçinin məlum olub ki, “iPad Air 2” şirkətin bütün mobil qurğuları arasında ən güclüsüdür. Belə ki, “Geekbench 3” məhsuldarlıq testində sözügedən cihaz 4477 bal toplayıb, “iPhone 6” smartfonu 2879 balla ikinci yerdə qərarlaşıb.

ictnews.az