Yaponiya “6G” şəbəkəsini istifadəyə verməyə hazırlaşır

22 Yanvar 2020 - 15:08 | Texnoloji yeniliklər
Yaponiya “6G” şəbəkəsini istifadəyə verməyə hazırlaşır

6G şəbəkəsi 2030-cu ilə qədər Yaponiyada işə salınacaq.

Ölkə hakimiyyəti yeni rabitə standartının öyrənilməsi ilə bağlı genişmiqyaslı fəaliyyətə başlayıb və bu layihəyə 2 milyard dollardan çox vəsait ayırmaq niyyətindədir.

Tokio Universitetinin ekspertlərindən, eləcə də Daxili İşlər və Rabitə Nazirliyinin mütəxəssislərindən ibarət işçi qrupu yeni nəsil şəbəkənin inkişaf strategiyasını hazırlayırlar. Həmçinin, layihədə iştirak etmək üçün biznes sektorunun nümayəndələri -  “Nippon Telegraph”,“Telephone” və “Toshiba” da dəvət olunub.

Mütəxəssislər qeyd edirlər ki, yeni nəsil şəbəkələrin yayılması Yaponiyada sürətli məlumat ötürülməsinə üstünlük verən yeni cəmiyyətin yaranmasına kömək edəcək. 6G-nin tətbiqi ilə məlumat ötürmənin sürəti 5G ilə müqayisədə 10 dəfə artacaq.

4pda.ru saytının məlumatına görə, oxşar proqramların Çin, Cənubi Koreya və Finlandiyada da tətbiq edilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.