3D printerdə avtomobil çap olunub

16 Yanvar 2020 - 16:10 | Texnoloji yeniliklər
3D printerdə avtomobil çap olunub

Xəbər verdiyimiz kimi, Avropa Birliyi ölkələri üçölçülü printerləri təqdim ediblər.

3D printerdən istifadə edərək avtomobili tamamilə çap etmək hələ mümkün olmasa da, Avropalı tədqiqatçılar həmin printerin köməyi ilə avtomobil çap ediblər. ru.euronews.com saytının məlumatında yeni “Kraken”nin necə işləməsi və onun ticarət potensialı haqqında informasiya təqdim olunub.

Layihə haqqında məlumat verən mühəndis-mexanik və layihənin koordinatoru Xose Antonio Dieste qeyd edib ki, bu, orijinalı yarı miqyasda əks etdirən modeldir: “Biz onu üçölçülü printer birləşdirilən və detalları çap edən yeni hibrid texnologiya üzrə hazırladıq. Sistem obyektə son forma vermək üçün istehlak materiallarını paylamağa imkan verir”.

Onun sözlərinə görə, layihə müəllifləri böyük elementləri yenidən yaratmaq imkanına malik olan platforma qurmağa çalışıblar. Bugünkü mövcud 3D printerlər kiçik miqyasda hazırlansa da, yenilik zamanı onun miqyası artırılaraq çox miqdarda istehlak materialını uzun müddət və daha tez çatdıra biləcək sistem hazırlanıb. “Sürətimiz rəqiblərdən 2 min qat daha çoxdur”, - deyə Xose Antonio bildirib. Qeyd edib ki, maşınları bu formatda çap etdikdə tez-tez detalların cilalanması problemi yaranır. Yeni texnologiya qüsurları aradan qaldırmaq və obyektə istənilən formanı vermək üçün artıq çap edilmiş elementin emalını əhatə edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.