Dünyada ilk uçan maşın satışa çıxarılıb

09 Dekabr 2019 - 10:47 | Texnoloji yeniliklər
Dünyada ilk uçan maşın satışa çıxarılıb

Hollandiyanın “PAL-V International B.V”. şirkəti “Mayami Sənət Həftəsi” çərçivəsində dünyada ilk uçan “Pioneer Personal Air Landing Vehicle” avtomobilinin prototipini nümayiş etdirib.

İstehsalçılar qeyd edirlər kiuçan avtomobil minik maşını və vertolyotun elementlərinin birləşməsindən hazırlanıb. Benzinlə işləyən cihaz yerdə 161 km/saat, havada isə 322 km/saat sürətlə hərəkət edə bilir.

ferra.ru saytının məlumatına görə, 2021-ci ildə kütləvi istifadəyə veriləcək avtomobil üçün artıq 70 sifariş qəbul edilib. Unikal nəqliyyat vasitəsinin qiyməti 599 min dollar və ya 38,1 milyon rubl təşkil edir.

Xatırladaq ki, 2019-cu ilin oktyabr ayının sonunda Çin avtomobil şirkəti “Geely Group” ölkənin Hubei əyalətində uçan maşınlar istehsal edən zavodun tikintisinə başlayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.