Batareyasız və elektrodsuz işləyən “ağıllı” dəri hazırlanıb

15 Noyabr 2019 - 17:17 | Texnoloji yeniliklər
Batareyasız və elektrodsuz işləyən “ağıllı” dəri hazırlanıb

Səudiyyə Ərəbistanında Kral Abdulla adına Elm və Texnologiyalar Universitetinin mühəndisləri sensor və batareya olmadan işləyən “ağıllı” dəri hazırlayıblar. O, sahibinin sağlamlığı haqqında məlumat toplamaq üçün yalnız maqnit sahəsindəki dəyişikliklərdən istifadə edir. Tədqiqat işi “Advanced Materials Technologies” jurnalında dərc edilib.

hightech.fm saytının məlumatında bildirilir ki, “ağıllı” dəri maqnitləşdirilmiş mikrozərrəciklər qatılmış çox elastik biouyğun polimerdən ibarətdir.

Tədqiqatçılar hesab edirlər ki, gələcəkdə yeni texnologiya beyin-kompüter interfeyslərində istifadə oluna, yuxu rejimini təhlil edə və ya sükan arxasında olan sürücünün vəziyyətinə nəzarət edə bilər. Bu kimi hallarda maqnit sensor eynək çərçivəsinə, yuxu maskasına və ya hətta alın nahiyəsinə çəkilmiş elektron döyməyə inteqrasiya edilə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.