Sarğı spreyi yaranı daha tez sağaldacaq

15 Noyabr 2019 - 17:15 | Texnoloji yeniliklər
Sarğı spreyi yaranı daha tez sağaldacaq

Dərmanlarla hopdurulmuş tibbi sarğıları tozlandırıcıdan istifadə edərək, birbaşa yaraya vurmaq mümkün olacaq. Texnologiya elektrospinninqə – elektrik enerjisi ilə yüklənmiş polimer məhlul və ya əritmə ilə dolu axına elektrostatik güclərin təsiri nəticəsində polimer liflərin əldə olunması prosesinə əsaslanır.

meddaily.ru saytının məlumatına görə, məhz belə lifləri yaralara tətbiq etmək təklif olunur. Onlar dərmanların yaraya vurulmasına nəzarət etməyə imkan verir. Preparatlar liflərə yeridilir ki, bu da sağalma prosesini sürətləndirir və infeksiya riskini azaldır. Texnologiya sayəsində sarğıları tez-tez dəyişdirməyə də ehtiyac qalmır. İstehsalçıların sözlərinə görə, materialın tərkibini yaranın növündən asılı olaraq dəyişdirmək mümkündür.

Montana Texnologiya Universitetinin alimləri məhdud elektrik sahəsinə malik elektrospinninq üçün portativ qurğunu təqdim ediblər. Yeni cihaz hədəf zonasına liflərin qoyulması üçün elektrik enerjisindən deyil, liflərin tozlandırılması üçün boya spreyi kimi havadan istifadə edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.