Smartfonda barmaq izləri skanerinə 20 dəqiqə ərzində müdaxilə edilib

01 Noyabr 2019 - 17:37 | Maraqlı məlumatlar
Smartfonda barmaq izləri skanerinə 20 dəqiqə ərzində müdaxilə edilib

“Tencent Security X-Lab” şirkətinin mütəxəssisləri Çində keçirilmiş tədbirdə barmaq izləri skaneri vasitəsilə smartfona müdaxilə üsulunu nümayiş etdirib. Bu prosesə 20 dəqiqə vaxt sərf olunub.

ferra.ru saytının məlumatında bildirilir ki, mütəxəssislərdən biri, sadəcə, stəkanda qalmış barmaq izlərini smartfona quraşdırılmış proqramın köməyilə skan edib. Bundan sonra o, 20 dəqiqə ərzində barmaq izlərinin fiziki surətini hazırlayıb və qurğudakı skaneri aldatmağa nail olub.

Ekspertlərin məlumatına görə, hücum üçün lazımi aparat təminatının qiyməti təxminən 140 dollar təşkil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.