Nyu-Yorkda təcili tibbi yardımın və pilotsuz təyyarənin sürətini müqayisə edən araşdırma aparılıb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, yeni hazırlanan dronlar xəstələrə tibb işçilərindən üç dəqiqə tez çata biləcəklər. Bu texnologiya nəqliyyatın sıx olduğu şəhərlərdə insanlara daha tez yardım göstərə biləcək.
meddaily.ru saytının məlumatına əsasən, dronlar xəstələrə 6.5 dəqiqə, təcili yardım maşını isə 9.5 dəqiqə ərzində çata biləcəklər. Dronlar həyati dərmanları daşımaq və hadisə şahidləri ilə ünsiyyət qurmaq üçün də faydalı olacaq. Pilotsuz təyyarə vasitə ilə anafilaktik şok keçirən və ya astmatik xəstələrə təcili yardım üçün lazımi dərmanları çatdırmaq mümkün olacaq.
Xatırladaq ki, daha əvvəl Cənubi Koreyada da 2020-ci ildən etibarən dağlıq ərazilərə ilk tibbi yardım vasitələrinin çatdırılması üçün pilotsuz uçan aparatlardan istifadəyə başlamağı planlaşdırdığı barədə məlumat vermişdik. Mütəxəssislərin verdiyi məlumata görə, mobilliyə malik olan pilotsuz uçan aparatlar təyinat yerinə mürəkkəb dağlıq relyefi qət edən təcili yardım əməkdaşlarından daha tez gələcək və tibbi vertolyotun enə bilmədiyi yerə dərmanlar çatdıra biləcəklər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.