XƏBƏRLƏR

10242

30 sentyabr - ilk kitab çapının meydana gəldiyi gündür

30 Sentyabr 2014 - 11:29 | Maraqlı məlumatlar
30 sentyabr - ilk kitab çapının meydana gəldiyi gündür

1452-ci il sentyabrın 30-da Almaniyanın Mayns şəhərində Avropada ilk kitab çapının əsası qoyuldu. İohan Quttenberqin dəzgahında çap edilmiş nəşrin adı Bibliya idi.

Vikipedia onlayn ensiklopediyasında bildirilir ki, mətbəəçilik 2 dəfə - Çində və orta əsr Avropasında ixtira olunmuşdur. Bəzi mənbələrin məlumatına görə, Çində kitab çapı bizim eranın 581-ci ilində, digər məlumatlara görə isə 936-993-cü illər arasında yaranmışdı. Çap mətninin meydana gəlməsinə dair ilk dəqiq tarix isə 868-ci ilə təsadüf edir. Bu, buddist Almaz sutrasının Çin ksiloqrafiya surəti idi.

Quttenberqin ixtirasının dahiliyi bundan ibarət idi ki, o metaldan "hərəkətli", qabarıq hərflər hazırlayır, sətirləri yığır və xüsusi basqının köməyilə onları kağıza köçürürdü.

Beləliklə, Qutenberqin Bibliyası çox gec olmadan 1455-ci ildə işıq üzü gördü. Kardinal Pikkolomini öz yazılarında bu kitabdan geniş bəhs edirdi.

Bibliyanın çapına başlamazdan əvvəl, Qutenberq kiçik nəşrlərin çapı ilə məşğul idi: təqvimlər, latın dilinin qrammatikasına dair dərsliklər, indulgensiyalar (cənnət qəbzləri) və s. Bu, onun əsas əməyi olan 42-sətrlik Bibliyaya hazırlıq işləri idi.

Qeyd etmək lazımdır ki, Bibliyanın ümumi tirajı son iki əsrdə təxminən 8 milyard təşkil etmişdi. Bütün dövrlər üzrə heç bir kitab bu qədər sayda nəşr olunmamışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.