AMEA İnformasiya Texnologiyaları İnstitutununun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev rəhbərlik etdiyi şöbənin 9 aylıq hesabatını təqdim edib. O, öncə şöbədə elmi-tədqiqat işləri çərçivəsində görülən işlərdən danışıb.
Bildirib ki, referatların avtomatik qiymətləndirilməsi üçün metod və alqoritmlər, elmi jurnalların və tədqiqatçıların qiymətləndirilməsi üçün indekslər işlənmiş, antiplagiat sistemlərinin elmi-nəzəri və texnoloji əsasları araşdırılmış, informasiya mədəniyyəti göstəriciləri əsasında kadr potensialının qiymətləndirilməsi üçün qeyri-səlis hibrid model işlənilmişdir.
R.Alıquliyev, həmçinin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, tanınmış elmi jurnallarda məqalələrin nəşri, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində görülən işləri diqqətə çatdırıb.
Hesabat müsbət qiymətləndirilib, sual və təkliflər səsləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.