ABŞ-ın “E Ink Holdings” şirkəti rəqəmli displeylərdə çoxdəfəli çap üçün “JustPrintIt” texnologiyasını təqdim edib. Xüsusi printer üçün kağız qismində elektron mürəkkəb texnologiyasına əsaslanan displeylər istifadə olunacaq. İstehsalçı şirkət əmin edir ki, belə sənədi saxtalaşdırmaq mümkün deyil.
“ePaper” elektron kağızı bank kartı ölçüsündə yığcam rəqəmli displey formasındadır.
“JustPrintIt” texnologiyasını dəstəkləyən xüsusi printerin köməyi ilə müxtəlif təsvirləri bu elektron kağızda dəfələrlə çap etmək olar. Belə daşıyıcının xidmət müddəti təxminən 1000 çap təşkil edir.
4pda.ru saytının verdiyi xəbərə görə, smartfon və planşetlərdən fərqli olaraq, rəqəmli yazıya müdaxilə qeyri-mümkündür. Yalnız firma avadanlığının köməyilə təsviri yeniləmək mümkündür, çünki, belə displeylərdə elektron komponent və ya proqram təminatı yoxdur.
“E Ink Holdings” yeni hazırladığı printeri avqustun 28-də “Touch Taiwan” texnologiya sərgisində təqdim edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.