Gecə mobil telefonlardan istifadə etmək niyə təhlükəlidir?

16 İyul 2019 - 11:53 | Maraqlı məlumatlar
Gecə mobil telefonlardan istifadə etmək niyə təhlükəlidir?

Gecə mobil qurğuların ekranlarından buraxılan işıq şirniyyat yeməyə istək yaradır və artıq çəkinin yığılmasına gətirib çıxarır. Strasburq və Amsterdam universitetlərinin mütəxəssisləri təyin ediblər ki, cəmi bir saat işıq təsiri kifayətdir ki, laboratoriya siçovullarında iştah güclənsin və növbəti gün heyvanın zərərli məhsullara istəyi artsın.

meddaily.ru saytının məlumatında bildirilir ki, sınaq çərçivəsində gecə siçovulların üzərinə mavi işıq salınıb. Nəticədə heyvanlar daha çox şəkərli su içiblər. Həmçinin mavi işığın təsiri ilə heyvanların qanında şəkərin səviyyəsi anomal göstəricilərə çatıb.

Alimlərin fikrincə, bütün bunlar hormonal fonun dəyişməsi ilə izah oluna bilər. Torlu qişanın hüceyrələri mavi işığa qarşı olduqca həssasdır. Onlar beyinin iştah, yuxu və maddələr mübadiləsini tənzimləyən hissələrinə birbaşa məlumat ötürürlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.