Sərxoş sürücülərə kömək üçün elektronika yaradılıb

04 İyul 2019 - 10:06 | Texnoloji yeniliklər
Sərxoş sürücülərə kömək üçün elektronika yaradılıb

İsveçin “Volvo Cars” avtomobil şirkəti sərxoş və diqqətsiz sürücüləri yol-nəqliyyat hadisələrindən xilas edə biləcək təhlükəsizlik sistemi hazırlayıb. Bu, insanın sükan arxasında davranışına nəzarət edən kamera və sensorlar sistemidir.

mds-spb.livejournal.com saytının məlumatına görə, sürücü avtomobilin yol-nəqliyyat hadisəsinin baş verəcəyi barədə xəbərdarlıq edən siqnallarına məhəl qoymadıqda sistem-assistentlər avtomatik işə düşür. Buraya aiddir: sürətin azaldılması, təhlükəsiz yerdə avtomatik park etmə, həmçinin “Volvo on Call” vasitəsilə yardım xidmətinin çağırılması. Sensorlar sükan idarəetməsinin olmadığını, yoldan kənara çıxma, zolaqdan zolağa kəskin şəkildə keçmə, sürücünün bağlı gözləri və ya onun yoldakı vəziyyətə çox yavaş reaksiya verməsi kimi halları qeydə aldıqda sistem işləyir.

“Volvo”nun “SPA2” platformasında yaradılmış bütün modelləri kameralarla təchiz ediləcək. İlk belə avtomobillər 2020-ci ildə təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.