“Düşüncə gücü” ilə idarə olunan avtomobil hazırlanıb

01 İyul 2019 - 11:30 | Maraqlı məlumatlar
“Düşüncə gücü” ilə idarə olunan avtomobil hazırlanıb

N.İ.Lobaçevski adına Nijni Novqorod Dövlət Universitetinin mütəxəssisləri “Zetta” şirkəti ilə birlikdə fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan elektrik avtomobilini hazırlayıblar. Xüsusi neyrokontroller sürücüyə “düşüncə gücü” ilə bort qurğularını idarə etməyə imkan verir. ferra.ru saytının məlumatına əsasən, istehsalçılar neyromobilin ilk buraxılışını 2022-ci ildə istehsal etməyi planlaşdırırlar.

N.İ.Lobaçevski adına Nijni Novqorod Dövlət Universitetinin elmi işlər üzrə prorektor müavini Avqust Linin sözlərinə görə, onlar fiziki məhdudiyyətli sürücülər üçün müxtəlif tənzimləyicilərin köməyi ilə yalnız beyin fəallığını və gözlərin hərəkətlərini deyil, ayaq, əl və hətta dilin hərəkətlərini idarə edən xüsusi kostyum hazırlayırlar: “Başda olan tənzimləyicilər beyinin elektrik fəallığının xüsusiyyətlərində baş verə biləcək dəyişiklikləri də nəzərə alacaqlar”.

Elektrik avtomobil ön şüşə və xüsusi ekrana səfər haqqında məlumatlar ötürən əlavə edilmiş reallıq sistemi ilə təchiz ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.