AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın “An Examination of the Methods of Increasing Software Efficiency Based on Soft Computing Technology” (“Soft Computing texnologiyaları əsasında proqram təminatının səmərəliliyinin artırılması metodlarının tədqiqi”) adlı məqaləsi “Review of Computer Engineering Research” jurnalında nəşr olunub.
Məqalədə Soft Computing texnologiyaları əsasında proqram təminatının səmərəliliyinin artırılması metodları tədqiq edilmişdir. Soft Computing-ə aid komponentlər təhlil olunmuş, onların proqram təminatında istifadə edilməsi, üstün cəhətləri və problemləri araşdırılmışdır. Maşın təlimi və onun xüsusiyyətləri izah olunaraq neyron şəbəkələrin, perseptron, dayaq vektor maşınları, qeyri-səlis məntiq, eləcə də təkamül hesablamaları və alqoritmləri, genetik alqoritmlərin funksiyaları və xüsusiyyətləri aydınlaşdırılmış, müqayisəli təhlillər aparılmış və tövsiyələr verilmişdir.
Qeyd edək ki, “The Conscientia Beam” Akademik Nəşriyyat Qrupu tərəfindən nəşr olunan jurnal “Google Scholar”, “RePEc” (Almaniya), “CNKI Scholar” (Çin), “Pak Academic Search” (Pakistan), “Scilit” (İsveçrə) və digər bazalarda indeksləşir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.