“Facebook” yeni alqoritm hazırlayır

23 Yanvar 2014 - 02:36 | Texnoloji yeniliklər
“Facebook” yeni alqoritm hazırlayır

Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” öz istifadəçiləri haqqında ətraflı məlumatları toplayacaq alqoritm hazırlayır

Sosial şəbəkə məqsədli reklam satışından daha yaxşı nəticələr əldə etmək üçün istifadəçilərin olduğu məkanlar, fotoşəkillər və "layk"lara görə bütün məlumatları toplayacaq.


gazeta.ru saytından bildirilir ki, Facebook süni intellektin araşdırılması üzrə tədqiqat laboratoriyası yaratmaq üçün Nyu-York universiteti ilə əməkdaşlıq qurub. Laboratoriya dünyada bu sahə üzrə ən böyük elmi-tədqiqat mərkəzinə çevrilməlidir. Onun bölmələri Nyu-York, London və Kaliforniyada fəaliyyət göstərəcək.