Rusiyalı hakerlər ABŞ-ın ən az iki bankına hücüm ediblər ki, onlardan biri də JP Morgan Chase-dir.
Federal Təhqiqatlar Bürosunun araşdırmalarında ehtimal olunur ki, bu insident ABŞ-ın Rusiya barəsindəki iqtisadi sanksiyalarına cavabdır.
gazeta.ru saytının məlumatına görə, hücum nəticəsində qiqabaytlarla məxfi məlumatlar oğurlanıb. Hazırda kibertəhlükəsizlik üzrə ekspertlər istifadə olunmuş alətlərin oxşarlığını üzə çıxarmaq məqsədilə əvvəllər Avropa banklarına edilmiş hücumları araşdırırlar.
Qeyd olunur ki, hakerlər bankın saytlarından birində "sıfır günü"nün olmasından istifadə edərək JP Morgan Chase-in təhlükəsizlik sisteminə daxil olmağa nail olublar.
Mütəxəssislər hakerlərin peşəkarlığını yüksək qiymətləndirərək onların orta səviyyəli kibercinayətkarları əhəmiyyətli dərəcədə geridə qoyduqlarını da vurğulayıblar.