AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində yanvar ayının 15-dən respublika üzrə doktorant və dissertantların İnformatika fənnindən doktorluq imtahanlarına start verilib. Mərkəzdə bu imtahanlara hazırlıq məqsədi ilə 2018-ci ilin sentyabr ayından başlayaraq müxtəlif müddətli kurslar təşkil olunub. Ölkənin regionlarında yaşayan elmi tədqiqatçıların bu kurslarda İnternet üzərindən distant formada iştirakı təmin edilib. Kurslarda tədris proqramına uyğun olaraq zəruri biliklər və praktiki bacarıqlar aşılanıb.
Bu gün Gəncə və ətraf bölgələrdə yaşayan doktorant və dissertantların İnformatika fənnindən distant formada doktorluq imtahanı keçirilib. AMEA Gəncə Bölməsində baş tutan imtahanda 40-dan çox elmi tədqiqatçı iştirak edib.
İmtahan prosesinə institutun Distant Tədris Mərkəzində video-müşahidə sistemi vasitəsilə onlayn olaraq, Gəncə Bölməsində isə institutun Gəncəyə ezam olunmuş mütəxəssisləri tərəfindən yerində nəzarət olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.