Yeni “Google Mars” layihəsi Qırmızı planetə 225 milyon km məsafədə virtual səyahət etməyə imkan verir.
naukatv.ru saytının məlumatında bildirilir ki, planetin ən ətraflı xəritələrindən biri ABŞ Kosmik Agentliyinin (NASA) peyklərindən toplanan məlumatlar və agentlik ilə Arizona Universitetinin alimlərinin birgə fəaliyyəti əsasında tərtib olunub. Xəritədə Marsın səthi ilə müxtəlif rejimlər vasitəsilə tanış olmaq mümkündür. Yüksəkliklər xəritəsində planetin relyefini, onun kraterlərini və təpələrini tədqiq etmək olar. Spektrin görünmə sahəsi Marsın boz konturlarını göstərməklə, səthə daha ətraflı baxmağa imkan verir. Bundan əlavə, Mars səthinin infraqırmızı spektrli şəkillərindən istifadə etmək olar. Burada isə planetin temperatur xəritəsi ilə tanış olmaq mümkündür.
İnterfeys “Google Maps” servisi istifadəçilərinə çox yaxşı tanışdır. Xəritə kompüter “mouse”u vasitəsilə Mars üzərində “hərəkət etməyə” imkan verir, ayrı-ayrı keçidlər isə düzənliklərə, dağ silsilələrinə, kraterlərə, dağlara, kanyonlara və qum təpələrinə aparır. Bundan başqa, ödənişsiz “Google Earth Pro” proqramı Qırmızı planetin səthinin 3D-modelinə baxmağa imkan verəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.