AMEA İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev rəhbərlik etdiyi şöbənin 2018-ci ilin birinci yarısı üzrə hesabatını təqdim edib. Öncə şöbədə aparılan elmi tədqiqatlar haqqında məlumat verən məruzəçi elektron təhsildə tədrisin idarə edilməsi sistemlərinin tədqiqi, xarici ölkələrdə elektron tədrisin idarə edilməsi sistemlərinin imkanlarının araşdırılması, dünyada mövcud olan tədrisin idarə edilməsi sistemlərinin müqayisəli təhlili ilə bağlı görülmüş işləri diqqətə çatdırıb.
O, elektron təhsildə sosial şəbəkələrin istifadə imkanlarının araşdırıldığını, elektron təhsildə sosial şəbəkələrin istifadəsi üzrə xarici ölkələrin təcrübəsinin tədqiq olunduğunu, bulud texnologiyasının əsasında təhsil kontentlərinin formalaşması ilə bağlı araşdırmaların aparıldığını qeyd edib.
F.Ağayev, həmçinin xarici ölkələr üzrə elektron təhsildə keyfiyyət göstəricilərinin qiymləndirilmə metodlarının araşdırılması, elektron təhsildə tədris kontentinin keyfiyyət göstəricilərin tədqiqi və xarici ölkələrdə təhsil mühitinin intellektuallaşdırılması ilə bağlı aparılan tədqiqatlar haqqında məlumat verib. 6 ay ərzində 5 elmi məqalənin, 2 konfrans materialının hazırlandığını diqqətə çatdırıb.
Şöbənin elmi-innovasiya fəaliyyəti ilə bağlı məlumatları diqqətə çatdıran F.Ağayev müxtəlif təşkilat və müəssisələr üzrə İKT tədris proqramlarının yaradılması və tədrisi ilə bağlı tədbirlərin həyata keçirildiyini qeyd edib.
Məruzəçi şöbənin elmi-təşkilati və elmi-innovasiya fəaliyyəti, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə əlaqədar yerinə yetirilmiş işləri haqqında da məlumat verib.
Yarımillik hesabata dair fikir mübadiləsi aparılıb, şöbənin elmi fəaliyyətinin gücləndirilməsinə dair təklif və tövsiyələr səsləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.