“İnformasiya Texnologiyaları” nəşriyyatında “Rəqəmsal irs: problemlər və perspektivlər” adlı ekspress-informasiya işıq üzü görüb. Yeni nəşrin müəllifi AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Rəna Qasımova, elmi redaktoru isə institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimovadır.
İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuş ekspress-informasiya rəqəmsal irsin movcud problemlərinin araşdırılmasına həsr olunmuşdur. Nəşrdə rəqəmsal irsin saxlanması metodları təhlil edilmiş, rəqəmsal irsin saxlanılmasında beynəlxalq təcrübə oyrənilmiş, bu sahədə beynəlxalq standartlar analiz olunmuşdur. Eyni zamanda bəzi texniki və texnoloji problemlər analiz olunmuş və onların aradan qaldırılması istiqamətində bir sıra təklif və tövsiyələr verilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.