“Facebook” sosial şəbəkəsi son zamanlar öz istifadəçiləri üçün daha çox innovasiyalar tətbiq etməyə başlayıb. Belə ki, bu yaxınlarda üçölçülü postlar dəstəklənməyə başlanıb. Yeni imkan 3D-obyektlərlə işləməyə imkan verən glTF 2.0 formatının dəstəyi nəticəsində reallaşdırılıb.
“Bu yaxınlarda biz insanlara rəqəmsal obyektləri hər tərəfdən görməyə və xəbər lentində ona təsir etməyə imkan verən 3D-postları tətbiq etdik. Obyekt toxunmaya dərhal reaksiya verir və məzmun ekrandan istifadəçiyə doğru “yaxınlaşır”, – deyə şirkətin nümayəndələri bildirib.
hi-news.ru saytının məlumatına görə, istifadəçilər təsviri kompüter siçanının sol düyməsi, smartfon və planşetlərdə isə barmaqları ilə tutub saxlayaraq fırlada bilərlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.