AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və şöbə müdiri Rasim Mahmudovun həmmüəllif olduqları “Dil sənayesi: imkanlar, perspektivlər və problemlər” adlı məqalə institutun “İnformasiya Cəmiyyəti Problemləri” elmi-praktiki jurnalında dərc olunub.
Məqalədə dil sənayesinin mahiyyəti, xüsusiyyətləri, müasir vəziyyəti və perspektivləri araşdırılmış, informasiya cəmiyyətində dil xidmətlərinin rolu göstərilmişdir. Dil sənayesi biliklər iqtisadiyyatının mühüm sahəsi kimi xarakterizə olunmuşdur. Eləcə də, dil sənayesinin əsas seqmentləri təsnifatlandırılmış, onların xarakterik xüsusiyyətləri şərh edilmişdir.
İqtisadiyyatda dil sənayesi hesabına formalaşan linqvistik kommunikasiyanın əhəmiyyəti analiz olunmuş, dil sənayesində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin perspektivləri göstərilmişdir. Elmi innovasiya iqtisadiyyatında dil faktorunun rolu müəyyən edilmişdir. Həmçinin Azərbaycanda dil sənayesinin mövcud vəziyyəti tədqiq edilərək ölkəmizdə bu sahənin inkişafına dair təkliflər irəli sürülmüşdür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.