AMEA İnformasiya Texnologiyaları İnstitutunda struktur bölmələrin illik hesabatlarına həsr olunmuş iclaslara start verildi. İclaslarda cari ildə elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət və s. ilə bağlı hər bir şöbələrdə həyata keçirilən tədbirlər haqqında məlumatlar veriləcək.
Hesabat iclaslarını açıq elan edən AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev tədbirin əhəmiyyətindən söz açaraq bildirdi ki, əsas məqsəd şöbələrin illik fəaliyyətini qiymətləndirmək, struktur bölmələrdə həyata keçirilən elmi və innovativ işlərlə tanış olmaq, o cümlədən qarşıda duran vəzifə və prioritetləri müəyyənləşdirməkdir.
R.Əliquliyev şöbələrin işinin daha səmərəli təşkili, elmi fəaliyyətin gücləndirilməsi və görülən işlərin keyfiyyətinin artırılması baxımından bu iclasların keçirilməsinin xüsusi önəmini qeyd etdi. Prioritet elmi problemlərin araşdırılması, əldə olunan mühüm elmi nəticələrin dünyanın nüfuzlu nəşrlərində çap edilməsi, mütəmadi olaraq aktual məsələlərə həsr olunmuş şöbədaxili seminarların keçirilməsinin vacibliyini vurğuladı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.