Süni intellektin öz dili olmalıdır

16 İyun 2017 - 14:42 | Maraqlı məlumatlar
Süni intellektin öz dili olmalıdır

Süni intellektin daxilində gedən prosesləri əksər hallarda insan diliylə ifadə etmək mümkün deyil. Yapon neyrobioloqu Rioto Kanai və onun kolleqalarının fikrincə, maşınlara bizim dili öyrətmək əvəzinə, onlara öz yeni dillərini yaratmaq imkanı vermək daha yaxşıdır.

hightech.fm saytının məlumatına görə, süni intellekt hətta bu sahədə fəaliyyət göstərən ekspertlər üçün anlaşılmaz ola bilər. Neyrobioloq Eyron Bornşteyn öz essesində neyron şəbəkələri haqqında yazır: “Heç kim onların necə işlədiyini dəqiq bilmir. Deməli, heç kim onların nə zaman sıradan çıxacağını qabaqcadan xəbər verə bilməz”. Əgər tibbi diaqnostika sistemi haqqında söhbət gedirsə, insan üçün nəticələr daha ciddi ola bilər.

Mütəxəssislər bildiriblər ki, əgər süni intellektin işini anlamaq olmursa, onu dil ilə ifadə etmək də mümkün deyil. Müasir neyron şəbəkələrin mürəkkəbliyi nəticəsində biz süni intellektin hansı qərarları qəbul etdiyini çətinliklə anlaya bilirik. Bu səbəbdən maşınlar üçün şəxsi dilin ixtira edilməsi labüddür. İstehsalçılar isə onların “dilini” insanlar üçün tərcümə edəcəklər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.