Süni intellekt 2031-ci ilədək satıcıları, 2049-cu ilədək yazıçı belletristləri, 2053-cü ilədək cərrahları əvəz edəcək. Alimlərin fikrincə, 100-120 il sonra süni intellekt bütün işlərin öhdəsindən insandan daha yaxşı gələ biləcək.
Böyük Britaniyanın Oksford Universitetinin əməkdaşları süni intellekt texnologiyalarının hazırda müşahidə edilən sürətli inkişafının 2060-cı ilədək insanı bütün fəaliyyət sahələrində geridə qoymasına səbəb olacağını düşünürlər. planet-today.ru saytının məlumatına görə, Britaniya alimləri ilə onların amerikalı həmkarları – Yel Universitetinin tədqiqatçıları da həmfikirdir.
Futuroloqlar hesab edirlər ki, süni intellektin insan ağlına rəqib olaraq formalaşması bir neçə mərhələdə baş verəcək. Başlanğıc üçün, məsələn, süni intellekt bir dildən digərinə tərcümə etməyi öyrənəcək. O, indi də bu işin öhdəsindən gəlir, lakin proqnozlara əsasən, 2024-cü ilədək tərcüməçilər işsiz qalacaqlar. 2026-cı ilədək süni intellekt inşanı orta məktəb məzunları kimi yaza biləcək, 2027-ci ilədək isə ictimai yollarda çoxtonlu yük maşınlarını idarə edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.