Cənubi Koreyada 7-Eleven mini-supermarketlər şəbəkəsinin müştəriləri indi yeni özünəxidmət növündən istifadə edə bilirlər. Onlardan şəxsiyyəti təsdiq etmək üçün öz damarlarını skan etmək etmək və kartla ödəməni həyata keçirmək tələb olunur.
Mayın 16-dan istifadəyə verilən 7-Eleven mağazasının kassalarında personal yoxdur. Bütün alıcılarda mağazaya daxil olmaq və alış-verişi tamamlamaq üçün istifadə olunan Lotte üzvlük kartı olmalıdır. Lentli konveyer məhsulları skan etdikdən sonra ödəniş avtomatik başa çatır. Bunun sayəsində mağaza personalı öz diqqətini alıcıların təkliflərinə yönəldə biləcək.
hightech.fm saytının məlumatına görə, Cənubi Koreya mağazalarında oğurlama hallarının qarşısını almaq üçün drondan da istifadə olunacaq.
Qeyd olunur ki, Yaponiyada Seven-Eleven və FamilyMart kimi ticarət şəbəkələri 2025-ci ilə kimi bütün mağazalarında özünəxidmət texnologiyasını tətbiq etmək niyyətindədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.