AMEA İnformasiya Texnologiyaları İnstitutunun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova “International Journal of Advanced Engineering and Management” jurnalının redaksiya heyəti və texniki komitəsinin üzvü seçilib.
Jurnal mühəndislik, elm, texnologiya və s. istiqamətlərdə müvafiq araşdırma nəticələrinin nəşri üçün fənlərarası beynəlxalq platformadır. Burada elektrik, elektronika və kompüter mühəndisliyi, informasiya mühəndisliyi və texnologiya, mexaniki, sənaye və istehsalat mühəndisliyi, sənaye avtomatlaşdırılması, kimya mühəndisliyi, biotexnologiya və biomühəndislik və s. sahələrdə araşdırmalar öz əksini tapır.
Qeyd edək ki, jurnal “Sciarchives”, “International Innovative Journal Impact Factor”, “Directory of Research Journals Indexing”, “Researcher ID (Thomson Reuters)”, “Mendeley (Elsevier)”, “Impact Factor Services for International Journals”, “Google Scholar” və digər beynəlxalq elmi bazalarda indeksləşir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.