İstiliyi qışda istifadə etmək üçün toplayan texnologiya hazırlanıb

24 Yanvar 2017 - 11:00 | Texnoloji yeniliklər
İstiliyi qışda istifadə etmək üçün toplayan texnologiya hazırlanıb

Bəşəriyyətin ekoloji təmiz enerji mənbəyi əldə etmək arzusu insanları yeni və daha çox inkişaf etmiş mexanizmlər hazırlamağa vadar edir. İsveçrədən olan alimlər qrupu hava isti olduqda istiliyi yığaraq onu saxlamaq və gələcəkdə istifadə etmək üçün texnologiya hazırlayıblar. Bundan başqa, enerjini saxlayan maddə ona ehtiyac yaranan istənilən yerə daşına bilər.

hi-news.ru saytının məlumatına görə, enerjinin tədarük edildiyi maddə adi 50 faizlik natriumun hidroksid məhluludur və sistemdə istilik enerjisini toplamaq, dəyişdirmək, saxlamaq və maksimal effektivliklə çıxarmağa imkan verən bir sıra qovşaq və komponentlər istifadə edilmişdir.

İşin mahiyyəti ondan ibarətdir ki, natrium hidroksidin quru qarışığına rütubət daxil olduqda enerjinin ayrılması ilə istilik şəklində ekzotermik reaksiya baş verir, natrium hidroksidin məhlulu yüksək temperaturun təsirinə, məsələn, günəş şüalarının, məruz qaldıqda o zaman məhlulun suyu buxarlanır, özü isə, istilik enerjisini toplayır.

Təcrübələr göstərdi ki, məhlulun konsentrasiyasının 50-dən 30 faizə qədər azalması bu məhlulun həcmini 50 dərəcə Selsi temperatura qədər artırır ki, bu da istilik sisteminin təşkili üçün kifayət edir.

Hazırda tədqiqatçılar təcrübəli nümunə toplayıblar və istehlak məhsulunun yaradılması üçün maliyyələşdirməni təklif etməyə hazır olan tərəfdaşlar axtarışındadırlar.

Qeyd edək ki, bu texnologiya məqsədi günəş enerjisinin akkumulyasiyasının effektiv qurğusunun yaradılması olan “COMTES” layihəsi çərçivəsində hazırlanır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.