AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Tofiq Kazımov və layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın “About the Calculation Method of the Coefficient that Shows Significance Extent of Geometric Characteristics in Determination of Racial and Ethnic Identity of Human” (İnsanın irqi və etnik mənsubiyyətinin müəyyənləşdirilməsində həndəsi xarakteristikaların əhəmiyyətlilik dərəcəsini göstərən əmsalların hesablanması metodu haqqında) adlı məqaləsi “Review of Computer Engineering Research” beynəlxalq elmi jurnalında dərc olunub.
Məqalədə insanın irqi və etnik mənsubiyyətinin müəyyənləşdirilməsi üçün istifadə olunan həndəsi xarakteristikaların qiymətlərinin əhəmiyyətini müəyyən edən əmsalların tapılması üçün yeni alqoritm təklif olunur.
Qeyd edək ki, “Pak Publishing Group” tərəfindən nəşr olunan jurnal “Google Scholar”, “CrossRef” və “CNKI Scholar” kimi bir sıra beynəlxalq elmi bazalarda indeksləşir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.