Dinamikliyi ilə hər kəsin təəccübünə səbəb olan elmi-texniki tərəqqi biometrik texnologiyaların inkişafına geniş meydan açıb. Sözügedən texnologiyaların tətbiqi bir çox təhlükəli hadisələrin qarşısının alınmasında əhəmiyyətli rola malikdir. Cinayətkarların aşkar edilməsi və zərərsizləşdirilməsində səmərəli üsullardan biri də məhz biometrik eyniləşdirmə texnologiyalarının yaratdığı imkanlardır.
Biometrik texnologiyaların tətbiqi dövlət sərhədlərindən keçən şəxslərin etibarlı yoxlanılmasını, pasport-viza rejiminə və şəxsiyyəti təsdiq edən digər sənədlərə nəzarəti gücləndirir. Burada tanınma sistemləri xüsusilə əhəmiyyət kəsb edir. Bu sistemlərdən kriminalistika ilə yanaşı, digər sahələrdə də geniş istifadə olunur. Aparıcı elmi təşkilatlarda bu istiqamətdə tədqiqatlara xüsusi önəm verilir.
Təhlükəli təzahürlərə qarşı ölkəmizdə də mütəşəkkil tədbirlər görülür, müvafiq dövlət proqramları işlənib hazırlanır. Dövlət başçısı tərəfindən qəbul olunan proqramlara dünya elminə sürətlə inteqrasiya edən AMEA-nın müvafiq qurumları daim elmi dəstək verir. Bu qəbildən olan “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi alimlərimizin qarşısında yeni vəzifələr qoyur.
AMEA İnformasiya Texnologiyaları İnstitutunda noyabrın 29-da keçirilən Dissertasiya Şurasının növbəti iclasında müdafiəyə çıxarılan dissertasiya işlərindən biri də məhz sözügedən dövlət proqramına elmi dəstək vermək məqsədini daşıyır. Tədbir texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Şəfəqət Mahmudovanın “Fotoportretlər əsasında insan sifətinin tanınması üçün metod və alqoritmlərin işlənməsi” mövzusuna həsr olunmuşdur. 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə müdafiəyə çıxarılan dissertasiya işinin elmi rəhbəri AR Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, rəsmi opponentlər texnika elmləri doktoru, professor Məsumə Məmmədova və texnika üzrə fəlsəfə doktoru Gülarə Muradova, aparıcı təşkilat isəBDU-nun “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasıdır.
Dissertasiya Şurasının sədri, AMEA-nın akademik katibi, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev, elmi katibi texnika elmləri üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyevdir.
Öncə şuranın vəfat etmiş üzvü informatika elminin inkişafında, həmçinin yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olmuş texnika elmləri doktoru, professor Sabit Kərimovun xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra elmi katib Ramiz Şıxəliyev iddiaçı ilə bağlı ətraflı məlumat verdi. Qeyd etdi ki, uzun illərdir institutda çalışan və hazırda sektor müdiri vəzifəsini yerinə yetirən Şəfəqət Mahmudova həm də International Journal of Intelligent Information Prosessing (IJIIP) jurnalı və Gconference.NET portalının redaksiya heyətinin üzvüdür. Bundan əlavə, International Journal of Automation and Power Engineering (IJAPE) və Journal of Control Engineering and Technology (JCET) jurnallarının rəyçisi olan iddiaçı daha bir neçə nüfuzlu elmi cəmiyyətlərə üzv seçilib.
<span style="font-family: 'times ne