İnstitutda fəlsəfə fənni üzrə doktorluq imtahanları keçirilir

20 İyun 2016 - 16:00 | Mühüm hadisələr

Azərbaycan Milli Elmlər Akademiyasının bütün elmi müəssisələrinin doktorant və dissertantlarının fəlsəfə fənni üzrə doktorluq imtahanları keçirilir. Fəlsəfə fənnindən qəbul və doktorluq imtahanları AMEA prezidenti, akademik Akif Əlizadənin 9 iyun 2015-ci il tarixli Sərəncamına əsasən AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) akademiya üzrə mərkəzləşdirilmiş qaydada test texnologiyaları əsasında keçirilir. İki gün davam edəcək imtahanlarda 143 doktorant və dissertantın iştirakı gözlənilir.

İmtahanların qəbul edilməsi məqsədilə yaradılmış komissiyanın sədri AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, üzvləri – fəlsəfə üzrə elmlər doktorları Fərman İsmayılov, Əbülhəsən Abbasov, AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəhbəri, texnika üzrə elmlər doktoru, professor Əminağa Sadıqov imtahanın gedişatı ilə tanış olublar.

Qeyd edək ki, şəffaflığın təmin olunması üçün imtahan prosesinə TİM-də quraşdırılmış video-müşahidə sistemi vasitəsilə nəzarət edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.