İnstitutun layihə baş mühəndisinin məqaləsi ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

17 İyun 2016 - 10:59 | Mühüm hadisələr
İnstitutun layihə baş mühəndisinin məqaləsi ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudovanın “Application Opportunities of Biometric Technology in Electron Libraries” (Elektron kitabxanalarda biometrik texnologiyaların tətbiqi imkanları) adlı məqaləsi “Communications” beynəlxalq elmi jurnalında (ABŞ) dərc olunub.

Məqalədə elektron kitabxanalarda biometrik texnologiyalardan istifadə imkanları və perspektivləri analiz edilmiş, kitabxanalarda biometrik texnologiyaların tətbiqi imkanlarının üstünlükləri və çatışmazlıqları araşdırılmışdır.

Qeyd edək ki, kommunikasiya nəzəriyyələri, sistem, üsul, alqoritm və proqramları üzrə ixtisaslaşan “Communications” jurnalı “WorldCat”, “AcademicKeys”, “Electronic Journals Library”, “Polish Scholarly Bibliography”, “Directory of Research Journal Indexing” və s. beynəlxalq elmi bazalarda indeksləşir.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.