Dünyada elmi işçilərin sayına görə Çin və ABŞ liderlik edir. Çində elmlə məşğul olanların sayı 1,32 milyon, Amerikada isə 1,25 milyon nəfər təşkil edir. Rusiyada isə bu rəqəm 350 min nəfərdir.
Azərbaycanda elmi işçilərin sayına gəlincə, bu rəqəm təqribən 13 min nəfərdir.
“Наука и жизнь” jurnalının (№ 2, 2015) məlumatına görə, əhalinin hər bir milyonuna düşən elmi işçilərin sayına görə isə Finlandiya (7707), İslandiya (7315) və Sinqapur (6088) liderlik edir.
Azərbaycanda əhalinin hər bir milyonuna düşən elmi işçilərin sayı 1358 nəfərdir, Rusiyada bu göstərici 3191, Gürcüstanda isə 1817-dir.
Qeyd etmək lazımdır ki, dünya üzrə bu göstəricinin orta qiyməti 1080,8-ə bərabərdir. Ölkə iqtisadiyyatında məşğul olan əhalinin hər 1000 nəfərinə düşən elmi işçilərin sayına görə Finlandiya (14,8), İsrail (14,22) və Danimarka (12,86) irəlidədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.